Konstitusiyanı Mühafizə Şurasının 3 fəqihi şuranın növbəti çağırışına üzv təyin olundular (2010/07/15 - 13:29)
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən Konstitusiyanı Mühafizə Şurasının fəqihlərindən üçünü şuranın növbəti çağırışına üzv təyin etdi.
Ali Rəhbərlik Məqamının bu haqda verdiyi fərmanın tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Möhtərəm cənab Ayətullah Hacı Şeyx Əhməd Cənnəti, Sizə salamlarımı və salamatlıq diləklərimi yetirərək bildirirəm ki, Konstitusiyanı Mühafizə Şurasının 3 fəqihinin üzvlük müddətinin bitməsi ilə əlaqədar, Konstitusiyanın 91-ci maddəsini rəhbər tutaraq Sizi, Ayətullah Hacı Şeyx Qulamrza Rizvanini və Hüccətül-İslam vəl-muslimin Hacı Seyid Məhəmmədrza Mudərrisi Yəzdini şuranın yeni çağırışına üzv təyin edirəm.
Uca Tanrıdan Sizlərə müvəffəqiyyət diləyirəm!
Seyid Əli Xamenei 15 iyul, 2010-cu il
Məlumatdan
istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir